Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.