Suriyanın şimal-şərqində gün ərzində ikinci dəfə ABŞ hərbi bazasına raket zərbəsi endirilib.
"Unikal"
xəbər verir ki, bu barədə brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib
“Hücum nəticəsində şəxsi heyətimiz və koalisiya tərəfdaşlarımız arasında heç bir xəsarət və itki yoxdur. Bu avadanlıq və qurğuların zədələnməsinə də səbəb olmayıb”, - deyə o bildirib.
Rayder əlavə edib ki, raketlərdən biri Amerika qüvvələrinin yerləşdiyi yerdən 5 km aralıda düşüb.