Bolqarıstan Ukraynaya 2 milyard 500 min avro dəyərində silah tədarük edib.

"Unikal" xəbər verir ki, bu barədə Keçmiş baş naziri Kiril Petkov bildirib

Onun sözlərinə görə, Sofiya 164 gün ərzində Kiyevə 5 milyard leva (təxminən 2,5 milyard avro) dəyərində silah ötürüb.

"Avropalı tərəfdaşlarla birlikdə Ukrayna ilə həmrəy olmağımız və onlarla birlikdə işləməyimiz çox vacibdir", - deyə o vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, Bolqarıstan Ukraynanın tələb etdiyi sursat istehsalının sonrakı artımı üçün kifayət qədər yaxşı potensiala malikdir.

Bu barədə “Politico” nəşri daxili bazar üzrə Avropa komissarı Tyerri Bretona istinadən məlumat yayıb.