Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Polşaya səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski "Wnet" radiosuna danışıb.

Yablonskinin sözlərinə görə, səfərə hazırlıq gizli şəkildə aparılacaq. Səfər təhlükəsizlik səbəbi ilə əvvəlcədən elan edilməyəcək.

XİN nümayəndəsi açıqlayıb ki, hazırda Ukraynanın gələcəyi və münaqişədən sonra yenidənqurma ilə bağlı fəal müzakirələr gedir. 

Ağarza Elçinoğlu