Almaniya Bundesliqasında 26-cı turun mərkəzi oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Bavariya" Dortmund "Borussiya"sını qəbul edib. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Bavariya" 55 xalla "Borussiya"nı geridə qoyaraq yenidən liderliyə yüksəlib. Dortmund təmsilçisi 53 xalla 2-ci pilləyə enib. "Union" 51 xalla 3-cüdür.