Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilb.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

17:10

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.

“Unikal" report-a istinadən xəbər verir ki, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.