Son zamanlar ictimaiyyətin sərt reaksiya verdiyi Fransa prezidenti Makronun ən etibarlı adlarından biri olan Sosial Müdafiə naziri Marlene Schiappa diqqətçəkən bir addım atıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı Schiappa tətillər, siyasi və sosial qeyri-müəyyənliyin hökm sürdüyü bir ölkədə "Playboy" jurnalına müsahibə verib. 

Tanınmış feministlərdən biri olan Schiappa qadın və LGBT hüquqlarından da danışıb. Bundan başqa gənc nazirin “Playboy” jurnalı üçün verdiyi “erotik” pozalar Fransa Nazirlər Kabinetinin reaksiyasına səbəb olub.   Bir çox siyasətçi nazirin fotosunu qınayıb. 

Çox keçməyib ki,  40 yaşlı nazir şəxsi "Twitter" hesabından, "Qadınların hər yerdə və hər zaman bədənlərinə nəzarət etmələrini müdafiə edirəm. Fransada qadınlar azaddır",-  açıqlama yayıb.