ABŞ Türkiyə ilə Rusiya münasibətlərini korlamaq istəyir. Bunun üçün Ağ Ev Suriya, Mərkəzi Asiya, eləcə də Qara dəniz regionunda qarşıdurma planı hazırlayır. Lakin Türkiyədə keçiriləcək seçkilərdə müxalifət blokunun qalib gələcəyi təqdirdə bu ssenari reallaşacaq.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” nəşri öz məqaləsində yazıb.

Nəşrin müəllifləri xüsusilə qeyd edirlər ki, ABŞ hazırda Yaxın Şərqdə öz təsirini itirir və bu səbəbdən də Vaşinqton seçkidən sonrakı dövr üçün yeni strategiyalar axtarır. 

“Müxalifət bloku qalib gələrsə, Ankara ilə Moskva arasında gərginlik yaradacağını gözləyir. Bunun üçün ABŞ nümayəndələri üç bölgədə qarşıdurma yaratmaq istəyirlər”, -nəşr qeyd edib.

Eyni zamanda məqalədə bildirilib ki, Türkiyə müxalifətinə Ukrayna rolunu götürmək vəzifəsi qoyulub. 

Xatırladaq ki, bir qədər əvvəl müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu demişdi ki, onun fikrincə, Rusiya-Ukrayna münaqişəsində Ankara Kiyevin tərəfini tutmalıdır.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri bu il mayın 14-də keçiriləcək. Son rəy sorğularına görə, seçicilərin təxminən 45-47%-i hazırkı dövlət başçısı Rəcəb Ərdoğana, eləcə də onun əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğluna səs verməyə hazırdır.