1 saylı Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, baş həkim vəzifəsinə Orxan Cəfərov təyinat alıb.

Qeyd edək ki, O. Cəfərov bu təyinatadək Respublika Narkoloji Mərkəzinin direktoru olub.

Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov bu gün işdən çıxarılıb.

Murad İbrahimli