Bakının Yasamal rayonunda yanğın hadisəsi olub.
"Unikal" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində yerləşən yaşayış binasında verib.
Yanğın beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzildə olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb edilib.
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.