Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 7-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.