Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Hərbi Prokurorluğun və Xüsusi Təyinatlı Qüvvələrinin birgə tədbiri keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən "Unikal"a bildirilib ki, tədbirdə çıxış edənlər H.Əliyevin ömür yolundan, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlarda, həmçinin Ulu Öndərin Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, Silahlı Qüvvələrimizin formalaşmasından danışıblar.
Bundan başqa, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə xüsusi vurğulanaraq, hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib.