Şamaxıda “Hummer” markalı avtomobil yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı avtomobil yolunun 105-ci kilometrliyindəki ərazidə “Hummer” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.