Anqoladan Portuqaliyaya uçan təyyarə güclü şəkildə hava boşluğuna düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 10 nəfər sərnişin yüngül xəsarət alıb.
Titrəmə təyyarə Konqo Demokratik Respublikası üzərində uçarkən yemək zamanı başlayıb. Turbulentliyə əlverişsiz hava şəraiti səbəb olub və bir neçə saniyə davam edib.
Ağarza Elçinoğlu