Ermənistanda müstəqil deputat Taqui Tovmasyanın parlamentdə təşkil etdiyi siyasi aksiyadan sonra spiker Alen Simonyanın qərarı ilə müxalifətdən olan 10 deputata töhmət verilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, 10 deputat günün sonuna qədər iclas zalından çıxarılıb və sessiyada iştirak etmək hüququndan məhrum edilib.
"Taqui Tovmasyan, Qeqam Manukyan, Qarnik Danielyan, Anna Mkrtçyan, Hayk Mamicanyan, Anna Qriqoryan, Tiqran Abramyan, Taron Marqaryan, Artur Sarkisyan, Andranik Tevanyan səsvermə hüququndan məhrum edilərək, günün sonuna kimi sessiyalardan xaric ediliblər”,- deyə Alen Simonyan elan edib.
Gülayə Mecid