Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
"Unikal" xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.