Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza paytaxtın Mir Cəlal küçəsində, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Avtomobil ətrafda olan insanların köməyi ilə aşdığı yerdən qaldırılıb.
Hadisə nəticəsində yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.