ABŞ prezidenti Co Baydeni dəfələrlə tənqid edən teleaparıcı Taker Karlson "Fox News" kanalı ilə əməkdaşlığı dayandırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin gələcək planları barədə məlumat verilmir.
Onun sonuncu proqramı aprelin 21-də efirə çıxıb.
Qeyd edək ki, Karlson Amerika prezidentinin administrasiyasına, xüsusən də Ağ Evin rəhbəri Co Baydenə qarşı tənqidləri ilə tanınır.
Ağarza Elçinoğlu