Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Çexiya prezidenti Petr Pavelin Pekinin müharibəni uzatmaqdan faydalanması ilə bağlı fikrini şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə Lavrov yerli KİV-ə müsahibəsində danışıb.
"Bunlar normal siyasətçinin işi ilə heç bir əlaqəsi olmayan bu qəbildən olan bəyanatlardır”, - Lavrov bildirib.
Çexiyanın xarici işlər naziri Yan Lipavski də Lavrova cavab verib. Praqa Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini “kloun”, Rusiya Federasiyasını isə terrorçu dövlət adlandırıb.
"Kloun Lavrovun prezidentimiz Pavel haqqında açıqlamaları gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısında çıxış etməlidir”, - Lipavski yazıb.
Xatırladırıq ki, Çin Rusiya ilə Ukrayna arasında sülh formulu dərc edib.
Çinin “Sülh planı” 12 prinsipdən ibarətdir ki, bu prinsiplər hakimiyyət orqanlarının fikrincə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin sona çatmasına töhfə verməlidir.
Gülayə Mecid