Qubada 19 yaşlı tələbə bıçaqlanıb.

“Unikal” report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan Ağdam rayon sakini 2004-cü il təvəllüdlü Nəsirov Rəvan Xaliq oğluna rayonun “28 may” parkında bıçaq xəsarətləri yetirilib.

Yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.