Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İrəvanda "Nemesis" terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu hadisənin Ermənistan mətbuatında da təqdim olunması onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqlənməmiş şərhi bəzi insanların beynində hələ də qalmaqdadır", - bəyanatda deyilir.
XİN xəbərdarlıq edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribat xarakterli addımlar heç bir halda regionda sabit sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi də abidənin açılışını pisləyən bəyanat yayıb.
Ağarza Elçinoğlu