Zaqatalada bədbəxt hadisə olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2020-ci il təvəllüdlü David Bəşirovun yaşadığı ünvanda tənəffüs yolunda alça qalıb. D. Bəşirov yolda nəfəs çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli