Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
"Unikal"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 96 m² olan 2 otaqlı mənzilin hamamının lambirdən ibarət tavanı 0,5 m² sahədə, tavandan keçən elektrik kabelləri və plastik su borusu 0,5 p.m yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.