Avropa Komissiyası Şərqi Avropanın beş ölkəsi ilə Ukraynadan Aİ-yə buğda, qarğıdalı, kolza və günəbaxan ixracını məhdudlaşdırmaq və taxıl ehtiyatlarının çoxluğundan zərər çəkmiş ölkələrin fermerlərinə birtərəfli qaydada qadağaların aradan qaldırılması müqabilində 100 milyon avro yardım ayırmaq barədə razılığa gəlib.
"Unikal" xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis Tvitter səhifəsində yazıb.
"Avropa Komissiyası Ukraynadan gətirilən ərzaq məhsulları ilə bağlı Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstanla razılığa gəlib. Müqavilənin əsas elementləri: idxala milli məhdudiyyətlərin ləğvi, dörd növ məhsul üçün müstəsna ehtiyat tədbirlərinin tətbiqi - buğda, qarğıdalı, kolza və günəbaxan, təsirə məruz qalan 5 ölkədə fermerlərə 100 milyon avro yardım göstəriləcək" deyə o qeyd edib.