Cəlilabadda qadın intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə ötən gün saat 17 radələrində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Tarverdiyeva Səfiyyə Baxşeyiş qızı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən tövlənin tavanında olan beton dirəyə bağlamış olduğu iplə özünü asaraq intihar edib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Murad İbrahimli