Sumqayıt şəhərində 7 yaşlı uşaq məşq zamanı ölüb
"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, 7 yaşlı F.M idmanla məşğul olduğu zallardan birində məşq zamanı boynu qırılaraq ölüb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.