ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Komitəsi uçot dərəcəsini 25 baza bəndi artıraraq 5-5,25%-ə qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə FED-in saytında məlumat yayılıb. Bildirilib ki, bu, 2006-cı ildən bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, FED 2023-cü ilin əvvəlindən uçot dərəcəsini 75 baza bəndi artıb.