ABŞ-da sərxoş vəziyyətdə avtomobil idarə edən gənc qadın iki nəfərin ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, hadisə İllinoys ştatında baş verib. 24 yaşlı Stefani Melqoza sərxoş halda maşın sürərkən iki piyadanı vurub. Qəza nəticəsində 55 yaşlı Paul Provant və 43 yaşlı Andrea Rosevicz ölüb. Gənc qadın isə hadisə yerindən qaçıb.
Stefani çox keçmədən polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları ona 2 nəfərin ölümünə səbəb olduqlarını açıqlayıblar. Qadının polislərin xəbərinə ilk reaksiyası gülmək olub. Həmin anlar kameralara əks olunub. Sərxoş sürücü barəsində cinayət işi açılıb.
Hakim qarşısına çıxan Stefani göz yaşlarına hakim ola bilməyib. O, məhkəmədə "Hər şey üçün üzr istəyirəm, bir daha belə hadisə olmayacaq. İçki içməyəcəyəm",- deyib. Məhkəmə gənc qadını 14 il azadlıqdan məhrum edib.
Gülayə Mecid