Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 14-də Türkiyədə keçiriləcək Prezident seçkiləri üçün artıq bu gün səhər saatlarından səs verməyə başlayıb.
"Unikal" xəbər verir ki, seçicilər Türkiyənin Bakıdakı səfirliyində, Naxçıvan və Gəncə Baş Konsulluqlarında quraşdırılmış qutularda səs verir.
Bakıda 9, Gəncə və Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusu qurulub.
Səsvermə prosesinin mayın 7-dək davam edəcək. Ümumilikdə 11 min 43 seçici qeydə alınıb.
***09:18
Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.
"Unikal" xəbər verir ki, ilk növbədə səfir Cahit Bağçı səs verib.
Səfirliyin məlumatına əsasən, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların Azərbaycanda səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.