Yaponiyada mayın 5-də baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 21 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 14:42-də (Bakı vaxtı ilə 8:42) İşikava prefekturasının Noto şəhərində qeydə alınıb.

Zəlzələ ocağı yer səthindən 12 kilometr dərinlikdə olub. Bəzi binalara ziyan dəyib. Naqano və Kanazava şəhərləri arasında sürətli qatar səfərləri dayandırılıb.