Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb.

"Unikal"ın məlumatına görə, Günsel Hacıyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.

Murad İbrahimli


***
Şəkidə 16 yaşlı qız itkin düşüb.

"Unikal" xəbər verir ki, 2007-ci il təvəllüdlü Hacıyeva Günsel Ramil qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.