Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da Moskvaya hücum etməyi planlaşdırdığına dair xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Bizim hüquq-mühafizə orqanlarından bununla bağlı heç bir mesaj olmayıb", - Kreml sözçüsü bildirib.
Bundan əvvəl rus teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da bir neçə pilotsuz uçan aparatla Moskvaya hücum etməyə cəhd etdiyi barədə məlumatlar yayılıb.
Gülayə Mecid