Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Sonra universitetin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.  
Tədbirdə çıxış edən rektor, professor M.Babanlı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində universitetdə bir sıra silsilə tədbirlər və konfranslar keçirildiyini və bundan sonra da ümummilli liderə həsr olnmuş tədbirlərin davamlı olacağını deyib. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin tarixində çoxmiqyaslı və misilsiz xidmətlərindən danışan rektor, professor M.Babanlı Azərbaycanın inkişafı və milli dövlətçiliyinin gücləndirilməsinin, eləcə də təhsilin, neft sənayesinin, iqtisadiyyatın və digər sahələrin inkişafının məhz dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü fəaliyyətin sayəsində mümkün olduğunu deyib. Rektor həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında ümummilli lider, qurucu və xilaskar dövlət xadimi və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb və Azərbaycan xalqı dahi liderinin əziz xatirəsini hər zaman dərin hörmət və ehtiramla yad edəcək.