Azərbaycan Respublikasının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədər olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşovun rəhbərliyi ilə Akademiyanın müəllim heyəti Fəxri Xiyabana gedərək ulu öndərin xatirəsini yad ediblər.

"Unikal" xəbər verir ki, akademiyanın rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.