Göygöl rayon sakininə qarşı dələduzluq edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə rayon sakini C. Z. Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edib.
Vətəndaş müraciətində bildirib ki, ona "Instagram" sosial şəbəkəsində "Təbriklər, siz "iPhone 13 pro max" udmusunuz. Çatdırılma üçün 470 manat ödəyin" mesajı gəlib.
C. Z. həmin məbləği ödədiyib, lakin telefon gəlib çıxmayıb. İşbazlar təkrar zərərçəkənlə əlaqə saxlayıb və 250 manat aldıqdan sonra yoxa çıxıblar.
Murad İbrahimli