Zaqatalada ağacdan yıxılan kişi ağır xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Yeni Suvagil kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü Məmməd Həbibullah oğlu Kamalov yaşadığı ünvanda ağacdan yıxılaraq ağır xəsarət alıb. M. Kamalov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Seymur Əli