Türkiyəli aktrisa Farah Zeynəb Abdullah yenidən məhkəməlik olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Musa Orhan adlı şəxsi aktrisanın onun haqda təhqiramiz ifadələr işlətməsi iddiası ilə ikinci dəfə şikayətçi olub.
Farah bunun ardınca isə sosial şəbəkədə "Şərəfsiz və göründüyü kimi ehtiyaclarını qarşılamaq üçün ədalət sistemindən istifadə edən, daha doğrusu buna icazə verilən Musa Orhan indi də məndən təzminat tələb edir, məhkəməyə verib" deyə, yazıb.
Qeyd edək ki, İpek Erin adlı qıza təcavüz etdiyi iddia edilən Musa bir çox məşhur tərəfindən tənqid və təhqir olunub. İlk məhkəməsində Abdullah 1300 lirə məbləğində cərimələnib.