Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.
Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.