Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gizli şəkildə Ukraynaya qeyri-rəsmi səfər edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazir Kiyevdə ukraynalı həmkarı Oleksiy Reznikovla görüşüb.
Nazirlər NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində Ukraynanın Şimali Atlantika Alyansına qoşulması perspektivini müzakirə ediblər. Reznikovun sözlərinə görə, o, Uolleslə Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi "sülh formulası" haqqında da danışa bilib.
Görüş zamanı o, Britaniya rəhbərliyinə davamlı silah tədarükünə görə minnətdarlığını bildirib.
Ağarza Elçinoğlu