"Qanuna birinci oxunuşda dəyişiklik edilib. Təəssüflər olsun ki, nəinki məktəb müəllimləri, eləcə də orta məktəb direktorları bu qanunu düzgün şərh etmirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Təhsil haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Təhsilverənlər arzu-istəklərinə uyğun olaraq düşünürlər ki, könüllü sertifikatlaşdırmada iştirak nəinki onların əmək haqqına təsir edəcək, həmçinin, 65 yaşı tamam olduqdan sonra işdən çıxarılmaması üçün zəmanət rolu oynayacaq. Bu əsla belə deyil. Əgər könüllü şəkildə sertifikatlaşdırmada iştirak edən müəllim qənaətbəxş olmayan səviyyədə nəticə göstərirsə, fəaliyyətinə xitam verilməsi təhlükəsi ilə üz-üzə qalır".

Anar Kəlbiyev