Serbiya ordusunun bölmələri Kosovo və Metohiya ilə inzibati xəttin yaxınlığında yerləşdirilir.

"Unikal" xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Miloş Vuçeviç “Veçerne Novosti” nəşri müsahibəsində  bildirib. 

"Serbiya ordusunun bölmələri inzibati xətt istiqamətində yerləşdirilir, onların yaxın saatlarda mövqelərini tutacağını gözləyirik", - Vuçeviç bildirib.

Nazir vurğulayıb ki, Serbiya tərəfi müharibə oyunları oynamaq istəmir, lakin “Serbiya üçün qırmızı xətlər məlumdur”. Onun sözlərinə görə, bölmələrin yerləşdirilməsi hazırkı vəziyyətə uyğun baş verir və onlar gələcəkdə də öz mövqelərində qalacaqlar.