İran və Taliban arasında Hilmend çayında suyun paylaşılması ilə bağlı yaranan gərginlik yerini münaqişəyə verib.

"Unikal" xəbər verir ki, İranın rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə İranın Sistan əyalətinin Hirmend rayonunda Taliban sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında toqquşma baş verib. Hadisə nəticəsində bir İran sərhədçisi ölüb, iki nəfər yaralanıb. 

İran dövlət televiziyas qarşıdurmanın səbəbini qiymətləndirmək üçün iki tərəfin hərbi rəsmilərinin görüş keçirdiklərini açıqlayıb. Digər tərəfdən, Taliban müvəqqəti hökumətinin Müdafiə Nazirliyi Nimroz əyalətinin Kanq rayonunun sərhəd bölgəsində İran əsgərlərinin atəşə tutulmasının iki tərəf arasında qarşıdurmaya səbəb olduğunu açıqlayıb. Taliban İranı təhdid edərək “24 saata İranı işğal edə bilərik" deyə açıqlama yayıb.