Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,54 faizi açılıb.

"Unikal" xəbər verir ki, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52.11%-ni toplayıb. 

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.89% səslə məğlub olub. 

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.223.548-dir. Sona doğru Ərdoğanın səslərində yenidən artım müşahidə edilir. 

***22:00

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,02 faizi açılıb.

"Unikal" xəbər verir ki, Cümhur İttifaqının namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.08%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.92%-nin səsini qazanıb.

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.172.020-dir. 

***21:05

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

"Unikal" xəbər verir ki, hazırda 197 874 sandığın 98,06 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52,12 faizini toplayıb. "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 47,88 faiz səslə ikincidir. 

Namizədlər arasındakı səs fərqi 2.182.245-dir. 

***20:37

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

"Unikal" xəbər verir ki, hazırda 197 874 sandığın 96,01 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52,28 faizini toplayıb. "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 47,72 faiz səslə ikincidir. 

Namizədlər arasındakı səs fərqi 2.295.894-dir. 

***20:28

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 94,11 faizi açılıb.

"Unikal" xəbər verir ki, Cümhur İttifaqının namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.43%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.57%-nin səsini qazanıb.

Qeyd edək ki, namizədlər arasındakı səs fərqi 2.396.891-dir.

***20:15

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

"Unikal" xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

"Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

***20:06

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səslərin sayımı davam edir. 

"Unikal" xəbər verir ki, hazırda 197 874 sandıqdan 173 235-i açılıb - 87,55%. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 52,93 faizini toplayıb. 

"Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 47,07 faiz səslə ikincidir. 

***19:55

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

"Unikal" xəbər verir ki, hazırda sandıqların 82,64 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 53,41 faizini toplayıb. 

"Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 46,59 faiz səslə ikincidir. 

Qeyd edək ki, hazırda Ərdoğanla Kılıçdaroğlu arasında 3 milyona yaxın səs fərqi var - 2 903 527

***19:41

Türkiyə Yüksək Seçim Qurumu (YSK) ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

"Unikal" xəbər verir ki,  ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 54,37 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 71,52 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

***19:27

Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

"Unikal" xəbər verir ki, hazırda sandıqların 55,06 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səs toplayıb. "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 44,20 faiz səslə ikincidir. 

Səslərin sayılması prosesi davam edir.

***19:20

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

"Unikal" xəbər verir ki, hazırda sandıqların 42,78 faizi açılıb. 

İlkin nəticələrə görə, "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan səslərin 57,9 faizini toplayıb. 

"Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu isə 42,91 faiz səslə ikincidir. 

***19:01

Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

"Unikal" xəbər verir ki, ilkin nəticələrə görə, səsvermə bülletenlərinin 6,9 faizi artıq sayılıb. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 61,90 faiz səs qazanıb.

"Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 38,1 faiz səs toplayıb.

Qeyd edək ki, mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

Ağarza Elçinoğlu