Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclası zamanı deputatla söz müzakirəsinə çıxıb. 

"Unikal" xəbər verir ki,  bu barədə "Hraparak" nəşri məlumat yayıb. 

Belə ki, yayımlanan görüntülərdə Paşinyanın əsəbi olduğu və deputatla söz savaşına çıxdığı əks olunub. Onun hansı deputatla müzakirə apardığı qeyd olunmayıb. 

Nəşr qeyd edib ki, iclasda Paşinyan müxalif deputatlara “boğazını kəsmək” jesti göstərib. 

Gülayə Mecid