Azərbaycan Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, “Sabah” “Bakcell Arena”da “Neftçi”nin qonağı olub.
Komandalar müvafiq olaraq gümüş və bürünc medalı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyıb. Matçda cəmi 1 qol qeydə alınıb. Kapitan Emin Mahmudovun 9-cu dəqiqədə vurduğu top “Neftçi”yə 1:0 hesablı qələbə qazandırıb.
Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı (3:0), “Səbail” “Şamaxı”nı (1:0) məğlub edib, “Qəbələ” ilə “Kəpəz” (1:1) bərabərə qalıblar. Mövsümə bu gün keçiriləcək “Qarabağ” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq.