Avropa İttifaqı mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, həmçinin Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa Siyasəti çərçivəsində “böyük görüş”ə hazırlaşır.

"Unikal" xəbər verir ki,  bu  barədə  TASS məlumat yayıb. 

Xatırladaq ki, mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan, Azərbaycan və Avropa Şurası başçıları mayın 31-də Kişinyovda görüşmək barədə razılığa gəliblər.