Biləsuvarda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Avtoqəza nəticəsində 3 nəfər – 1986-cı il təvəllüdlü Rövşən Rzayev, 1966-cı il təvəllüdlü Fəda Nəsirov və 1964-cü il təvəllüdlü Nizam Əhmədov müxtəkif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.