Norveç Ukraynaya 7 milyard avro məbləğində beşillik hərbi yardım proqramı təqdim edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumat Norveçin baş naziri Yonas Qahr Störe ilə NATO-nun baş katibi Yens Stoltenberqin görüşündən sonra açıqlanıb.

"Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Ukraynaya dəstək proqramının bir hissəsi olaraq Norveç beş il ərzində ümumilikdə 75 milyard kron (7 milyard avro) məbləğində hərbi, humanitar və mülki yardım göstərəcək", - Störe bildirib.