"Donetsk Xalq Respublikası"nın müvəqqəti rəhbəri Denis Puşilin Ukraynanın bütün ərazisini “Kiyev rejimi”ndən azad etməyə çağırıb.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Moskvada “Bizə necə Ukrayna lazımdır?” forumunda deyib. 

Onun sözlərinə görə, Ukrayna hazırkı rəhbərliyin hakimiyyəti altında qalsa və ya başqa ölkənin bir hissəsini alsa, o zaman “bu, Rusiyaya növbəti hücum üçün tramplin olacaq”. 

Gülayə Mecid