Hindistan Hərbi Hava Qüvvələrinə məxsus HJT-16 Kiran tipli hərbi təlim-məşq təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, Karnataka ştatında qeydə alınan hadisədə 2 pilot xəsarət alıb. Onlar katapult vasitəsilə xilas olmağı bacarıblar. 

Bildirilib ki, boş sahəyə düşən təyyarə alovlanmağa başlayıb. Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər göndərilib.

Qəzaya səbəb kimi texniki nasazlıq göstərilir. Faktla bağlı araşdırmalara başlanıb. 

Ağarza Elçinoğlu